Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Visa” şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemini yaradıb


"Visa" şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemini yaratdı.  Beynəlxalq ödəniş sistemi olan "Visa" çipli plastik kart istifadəçilərinin biometrik aydınlaşdırılması (identifikasiyası) üçün yeni spesifikasiyanı təqdim etmişdir.

Belə ki, yeni spesifikasiya barmaq, ovuc, üzün skan edilməsi və yaxud səsin tanınması yolu ilə tranzaksiyanı təsdiq etməyə imkan verəcək. Şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemi EMV (çip) standartına uyğun olacaq. "Visa" yeni yaratdığı sistemdən həm fırıldaqçılıq hallarının qarşısını almaq, həm də təhlükəsiz ödəniş həyata keçirmək üçün istifadə edəcək.

Yeni sistemin iş prinsipi elə şəkildə qurulmuşdur ki, barmaq izləri və yaxud digər biometrik məlumat biometrik oxucu tərəfindən şifrlənir və sonradan yoxlanılır. Beləliklə, istifadəçilərin biometrik məlumatları hər hansı bir şəkildə mərkəzi məlumat bazalarında saxlanılmır.

"Visa"nın yeni spesifikasiyası EMV standartı üzərində yaradıldığından bütün dünya üzrə 3,3 milyarda yaxın çipli kart istifadəçisi üçün əlçatan olacaq. Yeni sistemi ilk olaraq Cənubi Afrika bankı olan "Absa Bank" sınaqdan keçirir.






16/09/15    Çap et