Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya Azərbaycana dair qiymətli materialların elektron versiyasını Milli Kitabxanaya təqdim edir


M.F.Axundov adına Milli Kitabxanada Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair qiymətli materialların və Azərbaycan Ədəbiyyatı Klassiklərinin əlyazmalarının elektron versiyasını Milli Kitabxanaya təqdimetmə mərasimi keçirilir.
 
Kitabxanadan qeyd edilib ki, həmçinin bu gün Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalanma mərasimi və "Azərbaycan inciləri dünya kitabxanalarında" adlı sərginin açılış mərasimi keçiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA




17/09/15    Çap et