Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Disney” virtual reallığın inkişafı üzrə layihəyə 65 milyon dollar yatırıb


"Disney" şirkəti 360 dərəcəlik video çəkən kameraların yaradılması ilə məşğul olan "Jaunt" startapına 65 milyon dollar investisiya yatırıb.
 
"Jaunt" təkcə kameralar deyil, həm də onlar üçün proqram təminatı yaradır. Layihə iki il əvvəl başlayıb və artıq 100 milyon dollara yaxın investisiya cəlb edib. Şirkət nümayəndələrinin fikrincə, onlar virtual reallıq texnologiyalarını inkişaf etdirən rəqiblər arasında ən yaxşı maliyyələşdirilən şirkətlərdən biridir.
 
"Disney" üçün belə startapa investisiya qoymaq böyük əhəmiyyət kəsb edir, çünki şirkət də filmlərin seyrinə aid gələcək texnologiyaların inkişafında maraqlıdır.
 
"Jaunt" istehsalın genişləndirilməsinə xeyli investisiya yatırmaq niyyətindədir, "Qazeta" yazır.  
 
 




23/09/15    Çap et