Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu üçüncü qrant müsabiqəsini elan etməyə hazırlaşır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu üçüncü qrant müsabiqəsini elan etməyə hazırlaşır.
 
Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, növbəti qrant müsabiqəsinə layihələrin qəbulu oktyabrın 1-dən   noyabrın 1-dək həyata keçiriləcək.
 
Ötən ildən etibarən keçirilən iki qrant müsabiqəsinə ümumilikdə 323 layihə təqdim edilib, onlardan 121-i ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Fondun Müşahidə Şurasının qərarına əsasən maliyyələşdirilməsi həyata keçirilir.
 
Aynur Vəliyeva
 
 
 




23/09/15    Çap et