Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya aviaşirkətinin avropadaxili reyslərində internetdən istifadə mümkün olacaq


Almaniyanın “Lufthansa” aviaşirkəti 2016-cı ildə qısa və orta məsafəli reyslərdə genişzolaqlı internetdən istifadənin mümkün olacağını açıqlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
 
Avropanın bu xidməti təklif edən ilk aviadaşıyıcısı olacaq “Lufthansa”nın texnoloji tərəfdaşı qismində qısa və orta marşrutlarda internet şəbəkəsinin etibarlı əhatəsini təmin edən üç peykə malik “Inmarsat” şirkəti çıxış edəcək.
 
Sərnişinlər poçtdan istifadə və xəbərləri oxumaqla yanaşı, axınlı videounu seyr edə biləcəklər. Lakin təyyarə göyərtəsində zənglər ənənəvi olaraq qadağan olunacaq.
 
Bir müddət əvvəl “Lufthansa” qitələrarası reysləri "FlyNet” texnologiyası vasitəsilə internetə çıxış imkanı ilə təmin edib, - “Qazeta” yazır.




28/09/15    Çap et