Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ və Çin internetdə bir-birinə hücum etməmək barədə razılığa gəlib


Ağ Evdə keçirilən birgə mətbuat konfransında ABŞ Prezidenti Barak Obama və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tzinpin ölkələrin internet vasitəsilə kiberhücumlar həyata keçirməmək və ya intellektual mülkiyyətin oğurlanmasını dəstəkləmək barədə razılıq əldə etməsini bildiriblər.  
 
ABŞ Prezidenti Administrasiyası bəyan edib ki, ABŞ və Çin dövlətlərin kiberməkanda beynəlxalq birlik çərçivəsində davranış normalarını hazırlamaq ideyasına sadiqdir, həmçinin internet sahəsində gələcək münasibətlərin müzakirəsi üçün ekspert qrupu yaradılacaq, - “Qazeta”  yazır.




28/09/15    Çap et