Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət”lə bağlı 3 minə yaxın tvit paylaşılıb


“Elektron hökumət” portalının “Twitter” səhifəsi  elektron xidmətlərin təbliğində mühüm rol oynayır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu günədək səhifədə 2859 tvit paylaşılıb. Əksər hallarda gün ərzində paylaşılan tvitlərin sayı 10-a yaxın olur.
 
Hazırda səhifə istifadəçilərinin sayı 348 nəfər təşkil edir.
 
Qeyd edək ki, bu “Twitter” səhifəsi ölkəmizdə “Elektron hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq məqsədi ilə yaradılıb.
 
CAHANGİR
 




28/09/15    Çap et