Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xatirələri bərpa edən çip yaradılıb


Amerikalı alimlərin hazırladığı implant Alsqeymer xəstəliyindən əziyyət çəkən və zədələnmiş beyin toxumalarına malik insanlara öz xatirələrini yadda saxlamağa kömək edəcək.

«Financial Times» nəşrinin məlumatına görə, sözügedən qurğu Cənubi Kaliforniya Universitetində «Wake Forest Baptist Medical Centre» ilə birgə hazırlanıb.
 
 
«ICTnews.az» saytı «therunet.com» saytına istinadən yazır ki, qısamüddətli və uzunmüddətli yaddaş üçün məsuliyyət daşıyan beyin siqnallarını oxuyan alqoritm qurğunun əsasını təşkil edir.
 
Siqnallar bir neçə kodlaşdırma mərhələsi keçdikdən sonra alınmış yekun elektrik təsviri ilkin təsvirdən fərqlənir. Yaradılmış sxem siqnalların şifrini açmağa və itirilmiş xatirələri bərpa etməyə imkan verir. Qurğu siçovul və meymunlar üzərində laboratoriya sınaqlarından uğurla keçib və indi alimlər bu qurğunu insan beynində sınaqdan keçirməyə hazırlaşırlar.
 
 
Yeni çip Pentaqonun «DARPA» elmi tədqiqat bölməsinin maliyyəsi ilə ərsəyə gətirilib.
 
 
Emil Hüseynov




01/10/15    Çap et