Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bu ilin 9 ayı ərzində domen adlarının xalis artımı 959 domen təşkil edib


Azərbaycanda bu günə kimi 24167 domen adı rəsmi qeydiyyatdan keçib.
 

“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən 5667  domen qeydiyyatdan keçirilib, 4708 domen isə ləğv edilib, nəticədə bu üç rüb ərzində ölkədə xalis domen artımı 959 domen təşkil edib.
 
Hazırda Azərbaycanda 22410*.az, 1056*.com.az, 238 *.edu.az, 119 *.org.az, 90  *.co.az, 68 *.info.az, 74 *.net.az, 41 *.int.az, 33 *.pp.az,  26  *.biz.az, 11 *.name.az, 1  *.pro.az  domeni qeydiyyatdan keçirilərək istifadə edilir.

  
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə  4387, 2012-ci ildə  5478, 2013-cü ildə isə 2338, 2014-cü ildə 3101 domen adı olub.

 
Aynur Vəliyeva







02/10/15    Çap et