Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “T-Mobile” operatorunun 15 milyon abunəçisinin məlumatlarını oğurlayıblar


Naməlum hakerlər “T-Mobile” beynəlxalq mobil rabitə operatorunun 15 milyon abunəçisinin məlumatlarını oğurlayıblar. Bu barədə “Experian” şirkətinin rəsmi saytında deyilir.
 
İlkin məlumata görə, cinayətkarlar “Experian” şirkəti “T-Mobile” abunəçilərinin kredit reytinqini yoxlayan zaman onun servislərindən birinə müdaxilə ediblər. Müdaxilə nəticəsində operatorun 1 sentyabr 2013-cü ildən 1 sentyabr 2015-ci ilədək xidmətlərindən yararlanan istifadəçilər zərər çəkiblər.
 
Bildirilir ki, cinayətkarlar abunəçilərin maliyyə və ya bank informasiyasını ələ keçirə bilməsələr də, onların adları, ünvanları, sosial sığorta və şəxsiyyət vəsiqəsi nömrələri oğurlanıb. “Experian” bütün zərərçəkənlərin kredit reytinqini iki il ərzində pulsuz yoxlayacağını bəyan edib, - “Qazeta” yazır.   
 




02/10/15    Çap et