Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sentyabrda 81 mindən artıq əmək müqaviləsi barədə məlumat “Elektron hökumət” portalı üzərindən əldə olunub


Sentyabr ayında “Elektron hökumət” portal üzərindən əldə olunan əmək müqaviləsi barədə məlumatların sayı bəlli olub.
 
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə,  ötən ay ərzində “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”  xidmətdən 81118 dəfə istifadə edilib.
 
Sözügedən elektron xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərir.
 
Bu xidmət vasitəsi ilə işçi elektron qaydada əmək müqaviləsi ilə tanış ola bilir.
 
CAHANGİR




05/10/15    Çap et