Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron arayışların sentyabr üzrə istifadə statistikası məlum olub


“Elektron hökumət” portalında istifadədə olan elektron arayışlardan istifadə sayı  42337-yə çatıb.
 
Sentyabr ayında “İş yerinə dair arayış”dan 22856 dəfə, “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış”dan 12156 dəfə, “Yaşayış yeri haqqında arayış”dan isə 2723 dəfə istifadə olunub.
 
“Diplom haqqında arayış”a 1576 dəfə, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış”a 1537 dəfə, “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış”a 1033 dəfə, “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış”a 456 dəfə müraciət edilib.
 
CAHANGİR




06/10/15    Çap et