Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Google» xəbərlər platforması yaradır


«Google» şirkətinin yeni «Accelerated Mobile Pages» xidməti sayəsində istifadəçilər xəbərləri bilavasitə nəşrdən oxuyacaq.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «Apple» və «Facebook»un oxşar xidmətlərindən fərqli olaraq, «Google» nəşrlərdən ödəniş almaq niyyətində deyil. Hazırda layihə sınaq mərhələsindədir, kütləvi istifadə tarixi hələ ki açıqlanmayıb.
 
 
Məsələn, «The Washington Post» nəşrinin auditoriyasının təxminən 60 faizi mobil qurğulardan istifadə edir ki, bu da sözügedən layihənin inkişaf zərurətini təsdiq edir. İnternet nəhəngin yeni xidməti təkcə nəşrin materiallarını birbaşa oxumağa imkan yaratmır, həmçinin səhifələrin yüklənmə vaxtını azaldacaq.
 
 
 
Emil Hüseynov




08/10/15    Çap et