Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” videonun redaktə edilmə imkanlarını genişləndirib (VİDEO)


“YouTube” videohostinq xidməti çarxların redaktəsi ilə bağlı yeni imkanlar təklif edib. İndi video sahibləri çarx “YouTube”-a yükləndikdən və dərc olunandan sonra belə kontenti düzəldə bilərlər.

Bununla belə baxış sayı, əvvəlki bağlantı, şərhlər və statistika saxlanılacaq. Şəklin səmtini dəyişmək, parlaqlıq və dolğunluq səviyyəsini nizamlamaq, şəklin titrəməsini aradan qaldırmaq olar.

Bundan başqa, istifadəçilər “İnstagram” stilində bir neçə effektdən də istifadə edə bilərlər.




15/09/11    Çap et