Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«WhatsApp» məlumatlarını artıq «Google Drive» disk saxlanc xidmətində saxlamaq mümkündür


«WhatsApp» messenceri yazışmanın tarixçəsini, səsli mesajları, video və şəkilləri «Google Drive»da yadda saxlaya bilər. İstifadəçinin qurğusu, məsələn, xarab olduqda, o zaman «Google Drive»da saxladığımız ehtiyat surətdən arxivləri bərpa etmək olar.
 
 
«ICTnews.az» saytı «vc.ru» saytına istinadən yazır ki, messencer avtomatik yadda saxlamaq üçün gündəlik, həftəlik və ya aylıq seçimə imkan verir.
 
 
Yeni funksiya oktyabrın 7-dən əlçatandır.
 
Emil Hüseynov




08/10/15    Çap et