Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün latın hərflərini özündə birləşdirən domen satılıb


«Google»un yenidən strukturlaşdırması nəticəsində yaradılmış «Alphabet» şirkəti latın əlifbasının 26 hərfini də əhatə edən «http://abcdefghijklmnopqrstuvwxyz.com» domenini satın alıb.
 
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, «Whois» xidmətinin məlumatına əsasən, domen adı 1999-cu ildə qeydiyyatdan keçirilib, lakin heç bir sayta aid olmayıb. Amma 7 oktyabr 2015-ci il tarixinə əsasən bu domen adının sahibi kimi "@google.com" domeninə malik elektron poçt ünvanı göstərilib.
 
 
 
«Alphabet» şirkəti bu informasiyanı təsdiqləyib. Şirkətin nümayəndəsi, hətta zarafat edib ki, «abc.xyz» domenində latın əlifbasının bəzi hərfləri yoxdur və rəhbərlik bu səhvi düzəltməyə qərar verib.
 
 
 
Cari il avqustun 11-də «Google» genişmiqyaslı yenidən strukturlaşdırma haqda elan edib: internet biznesdən uzaq həllərlə məşğul olan bölmələr ayrıca şirkətə ayrılaraq «Google» ilə yanaşı, «Alphabet» şirkətinin tərkibinə daxil edilib. Hazırda «Alphabet» kapitallaşmasına görə dünyanın ikinci şirkətidir.
 
 
Emil Hüseynov




08/10/15    Çap et