Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər dördyaşlı uşağın ağlına uyğun gələn süni intellekt yaradıblar


İllinoysk Universitetinin alimləri və Macarıstanın süni intellekt sahəsi üzrə tədqiqatçıları «MIT Common Sense Computing Initiative» proqramı çərçivəsində yaradılmış açıq mənbə kodlu «ConceptNet» sistemini məktəb yaşına çatmamış uşaqlar və kiçik məktəblilər üçün intellekt şkalasını müəyyənləşdirən Veksler testi ilə sınaqdan keçiriblər.
 
Test koqnitiv düşüncənin güclü və zəif tərəflərini müəyyənləşdirməyə imkan verir.
 
 
 
«Phys.org» portalı yazır ki, sınağın nəticələri alimlərin planlaşdırdığı kimi bir o qədər yaxşı olmayıb.
 
Sınaqların nəticələrinə əsasən, kompüter süni intellektinin səviyyəsi orta statistik dördyaşlı uşağın ağlı ilə eynidir və 5-7 yaşlı uşağın düşüncəsindən xeyli zəifdir.
 
 
 
Emil Hüseynov




08/10/15    Çap et