Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: 2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq


2012-ci ildən ilk dəfə olaraq dünyada yarımkeçirici mikrosxemlərin satış həcmi ötən ildən az olacaq. Azalma 0,8 faiz, ümumi həcmin 337,8 milyard dollar təşkil edəcəyi bildirilir. 2012-ci ildə bazarın həcmi 2,6 faiz azalıb. Bununla belə, ötən rübdə analitiklər ilin yekunları üzrə satış həcminin 2,2 faiz artacağını proqnozlaşdırmışdılar.
 
"Gartner” analitik şirkətinin mütəxəssisləri qeyd edirlər ki, mikrosxemlərin satışı üzrə proqnoz əsas mikrosxem istehlakçısı olan bazarlarda, o cümlədən fərdi kompüter, smartfon və planşetlər bazarında tələbat proqnozlarının azaldılması ilə bağlı azaldılıb. Bundan başqa, ABŞ-dan kənarda vacib bazarlarda tələbat dolların məzənnəsinin artması ilə bağlı azalır. Hətta bayram mövsümünün yaxınlaşması mikrosxemlərin satışına az da olsa təsir göstərməyib.
 
2016-cı il üçün analitiklərin proqnozu daha optimistdir. Onların fikrincə, satış həcmi 1,9 faiz artaraq 344,1 milyard dollara çata bilər. Lakin 2016-cı ildə “DRAM” yaddaş mikrosxemlərinin həddən artıq istehsalı gözlənilir. Onun əlamətlərini artıq indi görmək mümkündür, lakin növbəti ildə təkrar istehsal təkcə fərdi kompüterlər üçün mikrosxemlər seqmentinə yox, həm də server sxemlərinə və az enerji sərf edən sxemlərə təsir göstərəcək. Bunun nəticəsində 2016-cı ildə “DRAM” mikrosxemlərinin satışının pul ifadəsində 12,2 faiz azalacağı qeyd olunur, - "Computerworld yazır.




12/10/15    Çap et