Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropalıların yalnız 15 faizi mobil maliyyə xidmətlərindən istifadə edir


«Ovum» konsaltinq şirkətinin tədqiqatına əsasən, Avropa istehlakçılarının təxminən 15 faizi mobil maliyyə xidmətləri və məhsullarından istifadə etməkdə maraqlıdır.
 
 
Növbəti ildə avropalı respondentlərin yalnız 15 faizi smartfonların köməyi ilə mobil kredit, depozit, sığorta və ödəniş xidmətlərindən istifadəyə hazırlaşır.
 
 
 
Avropada smartfonlardan necə istifadə edirlər?
 
 
 
 
 
 
 
 
 
Məsələn, İsveçdə əhalinin 30 faizi mobil maliyyə xidmətləri ilə maraqlanır. Mobil ödənişlərin geniş yayılmaması onun əlverişli və ya təhlükəsizliyi ilə deyil, əhalinin yeni xidmətlər haqda xəbərsiz olması ilə bağlıdır.
 
 
 
Rəyi soruşulanların təxminən 50 faizi ya mobil maliyyə xidmətlərinin mövcudluğundan xəbərsizdirlər, ya da indiyədək onlardan istifadə etmirlər.
 
 
 
Bankda hesaba malik istifadəçilərin təxminən 75 faizi bildirib ki, onlar mobil maliyyə xidmətlərindən istifadəyə maraq göstərmirlər.
 
 
 
Tədqiqat Böyük Britaniya, Danimarka, Finlandiya, Norveç, İsveç daxil olmaqla 17 ölkədə 8500 istehlakçının cavabı əsasında tərtib edilib.
 
 
Emil Hüseynov




12/10/15    Çap et