Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” istifadəçilərinin sayı bir ayda 2,6 faiz artıb


“Hesab.az” onlayn xidmətlər portalında qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlananların sayı bir ay ərzində 2,6 faiz artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq portalda qeydiyyatdan keçən istifadəçilərin sayı ümumilikdə 190 340-a çatıb.
 
Qeyd edək ki, sentyabrın 7-nə olan statistik göstəricilərə görə, portal istifadəçilərinin sayı 185,5 min nəfər olub.
 
Bir ayda təqribən 5 min yeni istifadəçi portalda qeydiyyatdan keçib.
 
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” vasitəsi ilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər
 
“Hesab.az” portalında həm də onlayn sığorta xidmətlərindən istifadə və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.
 
Portalın “iOS”, “Android” və “Windows” platformalarında tətbiqləri də mövcuddur.
 
CAHANGİR
 
 




12/10/15    Çap et