Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıq yayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Fareit” adlandırılan ziyanverici proqramın gətirdiyi yeni bir gərginlik barədə istifadəçiləri xəbərdar edib.

Mərkəzin xəbərdarlığında göstərilir ki, 2012-ci ildən mövcud olan bu ziyanverici proqramın əsas xüsusiyyəti kompüterə yoluxaraq başqa ziyanverici proqramların kompüterə asan şəkildə yoluxa bilməsini təşkil etməkdir. Zaman keçdikcə kibercinayətkarlar tərəfindən təkmilləşdirilən ziyanverici proqram yoluxduğu kompüterdə veb brauzerdən şifrələrin oğurlanaraq qarşı tərəfə ötürülməsinə xidmət edirdi.
 
“Fareit” ziyanverici proqramının hazırki yeni versiyası isə yoluxduğu faylın adını eyni saxlayaraq yalnız “hash”-ni dəyişmək xüsusiyyətinə malikdir. Belə bir xüsusiyyətin ziyanverici proqrama əlavə edilməsində əsas məqsəd virusun antiviruslar tərəfindən aşkar edilməsinin qarşısını almaqdan ibarətdir.
 
Beləliklə, kompüterə yoluxduğu zaman antivirusun aşkar edə bilmədiyi bu ziyanverici proqramın əsas məqsədi kompüterə digər ziyanverici proqramları yoluxdurmaq və veb brauzerdə mövcud istifadəçi adı və parolları oğurlayaraq qarşı tərəfə ötürməkdir.
 
CAHANGİR




14/10/15    Çap et