Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kəndlərdə də poçt göndərişlərinin elektron qeydiyyatı aparılacaq


“Azərpoçt”MMC tərəfindən respublikanın bütün poçt şöbələri qeydiyyatlı poçt göndərişlərinin kodunu oxuyaraq ümumi kompyuter şəbəkəsinə daxil edən skayner avadanlığı ilə təmin edilib.

“Azərpoçt” MMC-dən verilən məlumata görə, rayon mərkəzi poçt şöbələrində aparılan əməliyyatlar gələcəkdə kənd poçt şöbələrini də əhatə edəcək .

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının tələbinə uyğun olaraq poçt göndərişlərinin üzərində 13 simvollu ştrixkoddan istifadə olunur.




15/09/11    Çap et