Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliyanın baş naziri: internet ekstremizmlə mübarizənin mərkəzinə çevrilir


Avstraliyanın baş naziri Malkolm Ternbull bildirib ki, internet terror təhlükəsi ilə mübarizənin mərkəzinə çevrilir.
 
 
"Müasir dünyada internet çox böyük əhəmiyyət kəsb edir, texnoloji dəyişikliklər baş verir, lakin onlar təhlükəsizliyə daha ciddi problemlər yaradır" - Kanberrada keçirilmiş konfransda çıxış edən baş nazir belə fikir səsləndirib.
 
 
Ternbull sammit iştirakçılarının nəzərinə çatdırıb ki, ekstremistlər öz baxışlarının təbliğatı və gənclərin ələ keçirilməsi üçün sosial şəbəkələrdən aktiv istifadə edir.
 
 
Emil Hüseynov




15/10/15    Çap et