Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın “UpTime İnstitute” təşkilatı tərəfindən Data Mərkəzinin sertifikatlaşdırılması təmin edilib


Ölkədə çoxsaylı informasiya resurslarının və xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasının genişlənməsi fonunda Azərbaycanda da TİER III (99,99% etibarlılıq) texniki tələblərinə uyğun Data Mərkəzinin qurulması sona çatdırılıb və ABŞ-ın “UpTime İnstitute” təşkilatı tərəfindən sertifikatlaşdırılması təmin edilib.


2015-ci ilin 9 ayında dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 111.4 mln. dəqiqə azalaraq 201.6 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 27.2 mln. dəqiqə azalaraq   70.9 mln. dəqiqə təşkil edib.


Beynəlxalq giriş trafikinin azalmasının əsas səbəblərindən biri beynəlxalq təcrübəyə uyğun olaraq genişzolaqlı internet xidmətlərinin yüksək sürətlə inkişafı ilə əlaqədar səs trafikinin müəyyən hissəsinin internet üzərindən təşkili və çıxış trafikinin azalmasının əsas səbəbi isə “Azerfon” MMC və “Bakcell Ltd” MMC tərəfindən beynəlxalq çıxış trafikinin S-12 beynəlxalq stansiyası üzərindən deyil, digər məlum olmayan kanallar vasitəsilə ötürülməsi ilə izah olunur.
 
 




23/10/15    Çap et