Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” printerlər seqmenti artıq kütləviləşməyə başlayır


Analitiklər hesab edir ki, «3D» printerlər bazarında sürətli artım üçün hər bir şərait var. Hələ 2014-cü ilin noyabrında proqnozlaşdırmışdılar ki, 2015-ci ildə «3D» printerlərin qlobal tədarükü 217 min təşkil edəcək.
 
 
Yeni "Forecast: 3DPrinters, Worldwide, 2015" adlı hesabata əsasən, cari illə müqayisədə 2016-cı ildə tədarük həcmi 103 faiz artaraq 496.5 minə yaxınlaşacaq. «Gartner» analitik şirkətinin yeni proqnozuna əsasən, 2015-ci ildə bu göstərici 244,5 min təşkil edib. 2016-2019-cu illərdə “3D” printerlər bazarının həcmi hər il 2 dəfədən çox artacaq və son nəticədə 5,6 milyonu ötəcək.
 
 
 
«ICTnews.az» saytı «iksmedia.ru» saytına istinadən yazır ki, “3D” çap üzrə  bütün texnologiyaların keyfiyyətvə məhsuldarlığının sürətli artımı     təşkilatlar və ev istifadəçiləri tərəfindən tələbatın artımına imkan yaradır -   «Gartner»in vitse-prezidenti Pit Basilyer deyib. "3D printerlər seqmenti tədricən geniş, qlobal bazara çevrilir" – o bildirib.
 
 
Emil Hüseynov
 
 




26/10/15    Çap et