Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Təhdidlərdən bir addım öndə. IBM Security Systems” mövzusunda konfrans keçiriləcək


Bakıda noyabrın 19-da “Təhdidlərdən bir addım öndə. IBM Security Systems” mövzusunda konfrans keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə “IBM” şirkətinin nümayəndələri “bulud” servislərinə artan tələbat fonunda İT sistemlərin təhlükəsizliyinin təmin edilməsinin böyük əhəmiyyəti haqda bəhs edəcəklər.
 
Tədbir çərçivəsində “IBM” şirkəti ən son  tendensiyaları nəzərə alaraq bu sahədə yeni proqramları təqdim edəcək.
 
Konfrans çərçivəsində “IBM Security Trusteer. Onlayn banking sistemlərində fırıldaqçılıq risklərini necə minimallaşdırırıq”, “IBM Security Qradar. Təhlükəsizlik monitorinqi üçün əsas və infrastrukturun insidentlərinin idarə edilməsi”, “IBM Security AppScan. Əlavə proqramların istifadə dövrünün bütün mərhələlərində boşluqların analizi üzrə ən yaxşı təcrübələr”, “IBM Security Maas360” və “IBM Endpoint Manager” vasitəsi ilə infrastrukturun təhlükəsizliyinin idarə edilməsi, “IBM Security Network Protection. Yeni nəsil infrastrukturun mühafizəsi” və s. mövzularda məruzələr təqdim ediləcək.
 
 
Aynur Vəliyeva
 




27/10/15    Çap et