Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ 7 ölkə ilə transsərhəd məxfi məlumat ötürülməsinə dair saziş imzalayıb


ABŞ Federal Ticarət Komissiyası (Federal Trade Commission) yeddi ölkə ilə transsərhəd məxfi məlumat ötürülməsinə dair saziş imzalayıb. Söhbət ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, İrlandiya, Niderland, yeni Zelandiya və Norveç tənzimləyici orqanlarına aparılan cari təhqiqatlarla bağlı məxfi informasiya mübadiləsinə imkan verəcək "GPEN Alert” (Global Privacy Enforcement Network) xəbərdarlıq sistemindən gedir.
 
“GPEN Alert” təhqiqatların aparılması zamanı ölkələr arasında əlaqələndirmə prosesinin və təhlükəsiz informasiya mübadiləsinin yaxşılaşdırılmasına xidmət edəcək çoxtərəfli sistemdir. Sistem “Consumer Sentinel Network” şəbəkəsi bazası əsasında yaradılıb. Onun vasitəsilə ABŞ hüquq-mühafizə orqanları Federal Ticarət Komissiyasına ünvanlanan şikayətləri nəzərdən keçirə bilirlər, - “SecurityLab” yazır.
 




28/10/15    Çap et