Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda virtuallaşma və “bulud” hesablamaları sahəsində aparıcı texnologiyalar nümayiş olunub


Azərbaycan paytaxtında "bulud" texnologiyaları və virtuallaşma mövzusunda konfrans keçirilib.  "VMware Tour 2015" adlı konfransda ABŞ-ın "VMware" şirkətinin Rusiya və MDB üzrə texniki direktoru Vladimir Tkaçov, şirkətin "bulud" texnologiyalarının inkişafı üzrə meneceri Aleksandr Kuznetsov iştirakçılara informasiya texnologiyaları infrastrukturunun yeni imkanları, onların verdiyi üstünlüklər və yaratdığı şərait barəsində ətraflı məlumat veriblər.
 
 
V.Tkaçov, istənilən qurğuda əlavə üçün vahid "bulud"dan istifadəni nəzərdə tutan yeni "One Cloud, Any Application on Any Device" konsepsiyası haqqında danışaraq onun üstün tərəflərini açıqlayıb.
 
Tkaçov bu texnologiyanın istifadəçilərin işini asanlaşdırdığını vurğulayaraq onun imkan dairəsinin genişliyindən söz açıb.
 
Tədbirdə qeyd edilib ki, "VMware Tour" konfransları artıq dörd ildir ki, Rusiyanın və MDB-nin ən iri şəhərlərində təşkil olunur. Bu konfranslarda hər il minlərlə informasiya texnologiyaları üzrə mütəxəssis, vendor, sifarişçi və tərəfdaş iştirak edir.
 
 
Konfrans çərçivəsində "VMware Tour"un iştirakçıları virtuallaşma və "bulud" hesablamaları sahəsində aparıcı texnologiya və yeni məhsullarla tanış olublar.
 
 
SEYMUR




28/10/15    Çap et