Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Apple» Dubayda dünyanın ən böyük «Apple Store» mağazasını açıb


Oktyabrın 29-da «Apple» şirkəti dünyanın ən böyük «Apple Store» mağazasını açıb. Ticarət nöqtəsi Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda işinə başlayıb.

«Apple»in pərakəndə satış və onlayn satış departamentinin direktoru Anjela Arends bildirib ki, «Apple Store» mağazasının əməkdaşları müştərilərə 26 dildə xidmət göstərməyə hazırdırlar.
 
Qeyd edək ki, cari ilin avqustunda BƏƏ hakimiyyətindən sözügedən mağazanın açılışına icazə alınıb. «Apple Store» mağazasının bir qədər gec açılması yerli qanunlarla bağlı olub.
 
«Apple Store» mağazası «Mall of the Emirates» ticarət-əyləncə mərkəzində yerləşir.
 
Emil Hüseynov
 
 




30/10/15    Çap et