Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Regionların inkişafına dəstək Qrant Proqramı” üçün avadanlıq və proqram təminatı alır


Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində avadanlıq və proqram təminatı alır.
 
“ICTnews“ xəbər xidmətinin məlumatına əsasən, nazirlik avadanlıq və proqram təminatını Avropa Komissiyasının yardım alətlərinin və regional proqramlarının icrasına dəstək” layihəsi çərçivəsində almaq niyyətindədir.
 
Hazırda bununla bağlı artıq tender elan edilib və bu ilin sonuna kimi təchizatçı şirkətin müəyyən edilməsi nəzərdə tutulub.
 
Aynur Vəliyeva
 




30/10/15    Çap et