Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Meksika hökumətinin işini əngəlləyib


“Anonymous” haker qruplaşması Meksikanın hökumət saytlarını bloklayıblar. “Reuters” agentliyinin məlumatına görə, kibercinayətkarların fəaliyyəti nəticəsində Müdafiə Nazirliyinin və ictimai təhlükəsizlik resurslarının saytları deaktiv olublar.

Hakerlər, həmçinin, bildiriblər ki, Meksika prezidenti Felipe Kalderonanın saytını da bloklamaq niyyətindədirlər.

“Anonymous” nümayəndələri qeyd ediblər ki, Meksikanın hökumət saytlarının blok edilməsi “OpIndependencia” əməliyyatının bir hissəsidir.

Lakin hakerlər bu əməliyyatın mahiyyətini bildirməyiblər və öz fəaliyyətlərini heç nə ilə izah etməyiblər. "Biz anonimlərik, biz bağışlamırıq, biz unutmuruq. Bizi gözləyin" - qruplaşmanın şüarında deyilir.

Meksika Müdafiə Nazirliyinin mətbuat katibi haker hücumu haqqında təfərrüatları bildirməyib, yalnız qeyd edib ki, saytlar texniki çətinliklərlə qarşılaşıblar. Resursların işinin nə vaxt bərpa ediləcəyi haqqında heç nə bildirilmir.




16/09/11    Çap et