Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Google» 2017-ci ilə «Android» və «Chrome OS» sistemlərini birləşdirəcək


«The Wall Street Journal» nəşri yazır ki, «Google» 2017-ci ilədək «Chome OS» və «Android» əməliyyat sistemlərini birləşdirməyi planlaşdırır.
 
 
Nəşr yazır ki, «Google»un mühəndisləri artıq iki ildir sözügedən əməliyyat sistemlərini birləşdirmək üzərində işləyir. Şirkət gələn il birinci versiyanı nümayiş etdirməyi planlaşdırır, istifadəçilər üçün 2017-ci ildə əlçatan olacaq.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «Android» dünyada ən populyar əməliyyat sistemidir, 1 milyarddan çox qurğuya quraşdırılıb. «Chrome OS» isə noutbuk bazarında cüzi mövqeyə malikdir, yalnız «Google»un «Chromebook» laptoplarına quraşdırılıb.
 
 
«Google» sözügedən əməliyyat sistemlərinin birləşməsi nəticəsində noutbuk və fərdi kompüter bazarlarında böyük pay sahib olmağı planlaşdırır.
 
 
Emil Hüseynov




31/10/15    Çap et