Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” yeni “bulud” xidmətini təqdim edib


“Oracle” şirkəti yeni “Oracle Data Visualization Cloud Service” “bulud” xidmətini təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Oracle” şirkətinin analitik alətlərinə yeni əlavə, hər bir işgüzar istifadəçi üçün vizual analitika imkanlarını əlçatımlı edir.
 
Təşkilatın əməkdaşları korporativ məlumatları istənilən səviyyələrdə birləşdirib təhlil edə biləcəklər. Bu onlara gizli bağlılıqları və vacib məlumatları aşkar etməyə və təhlil nəticələrini birgə istifadə etməyə imkan verəcək. Bütün bunları artıq İT mütəxəssislərini cəlb etmədən həyata keçirmək olacaq.
 
Aynur Vəliyeva




31/10/15    Çap et