Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Google» 2017-ci ildə məhsulların çatdırılması üçün pilotsuz təyyarələrdən istifadə edəcək


«Google» internet korporasiyası 2017-ci ildə məhsulların öz müştərilərinə çatdırılması üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadəyə başlamağı planlaşdırır. Bu haqda korporasiyanın «Project Wing» adlı layihəsinin direktoru Devid Vos məlumat verib.
 
 
"Layihəmizin hədəfi 2017-ci ildə işə başlamaqdır" - uçuş aparatlarının hərəkət tənzimlənməsi üzrə konfransında çıxış etmiş Devid Vos deyib.
 
 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, «Google» 1 il əvvəl pilotsuz təyyarələrin köməyi ilə məhsulların çatdırılması üzrə sınaqların keçirilməsinə başlayıb. «Project Wing» layihəsi «Google X» məxfi hazırlamalar laboratoriyası çərçivəsində yaradılıb və Avstraliyada sınaqdan keçirilib. Sınaqlar zamanı məhsulların çatdırılması üçün 30 uçuş aparatı qurulub. Amerika KİV-nin məlumatına görə, PUA ilk sınaqlar zamanı şokoladı 1 kilometr məsafəyə daşıya bilib. Həmçinin dərman qutusu, su butulkası və itlər üçün peçenye PUA vasitəsilə daşınıb.
 
 
Uçuş aparatları prototiplərinin uzunluğu 80 sm, eni isə 1,5 metr təşkil edir və 40-60 metr hündürlükdə uçublar. Uçuş aparatının hazırlanmasında tətbiq edilmiş texnologiya «Google»un öz sürücüsüz avtomobilində istifadə etdiyinin analoqudur.
 
 
Emil Hüseynov
 
 




03/11/15    Çap et