Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda virtual şəbəkələr üzrə təlimlər keçiriləcək


Bakıda 23-27 noyabr tarixində ”VICM: VMware vSphere 6.0: Quraşdırma, sazlama, idarəetmə” mövzusunda təlim keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təlim “VMware vSphere” ilə işləyən  mühəndislər, İT mütəxəssislər və administratorlar üçün nəzərdə tutulub. 
 
Təlim nəticəsində iştirakçılar proqram vasitəsi ilə müəyyən edilən məlumat emalı mərkəzini təsvir edə, “ESXi” hostu və virtual maşınlar yaradaraq bir sıra digər əməliyyatlar həyata keçirə bilərlər.
 
Aynur Vəliyeva
 




04/11/15    Çap et