Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vikipediyada “Asiya” ayına start verilib


“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu Azərbaycandilli vikipediya istifadəçilərini noyabr ayı ərzində Asiya məqalə müsabiqəsində iştiraka dəvət edir.
 

“ICTnews” elektron xəbər xidmətinin vikipediyaya istinadən verdiyi məlumata görə, layihədə əsas məqsəd Asiya ölkələri və regionları haqqında məqalələr yaratmaq və həmin mövzuda olan məqalələri inkişaf etdirməkdən ibarətdir. Layihədə istənilən istifadəçi iştirak edə bilər.

 
Qaydalara uyğun şəkildə 5 və daha artıq məqalə yaradan istifadəçilər digər ölkələrin istifadəçilərindən açıqcalar qəbul edəcək.

 
Ən çox məqalə yaradacaq istifadəçi “Vikipediya Asiya Səfiri” (ing. Wikipedia Asian Ambassador) adına layiq görüləcək.

 
CAHANGİR




04/11/15    Çap et