Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Amazon» ilk pərakəndə kitab mağazasının açılışını elan edib


«Amazon» internet şirkəti Vaşinqton ştatının Siyetl şəhərində «Amazon Books» adlı ilk pərakəndə kitab mağazasını açacaq. Mağazada «amazon.com» müştərilərinin qiymətləndirmələrinə əsasən seçilmiş kitablar təqdim ediləcək. Həmçinin satış reytinqi, ilkin sifarişlərin sayı, tənqidi rəylər nəzərə alınacaq.
 
 
«ICTnews.az» saytı «therunet.com» saytına istinadən yazır ki, «Amazon Books» mağazasında kitabların qiyməti saytdakı qiymətlərdən fərqlənməyəcək.
 
 
"Biz oflayn və onlayn kitab satışının üstünlüklərini birləşdirən mağaza yaratmaq üçün onlayn kitab ticarəti sahəsində qazandığımız 20 illik təcrübədən istifadə etdik" - «Amazon» şirkətinin press-relizində belə qeyd edilib.
 
 
Mağazada kitablardan başqa «Amazon» tərəfindən hazırlanmış cihazlar («Kindle» elektron kitab qurğusu, «Fire TV», «Fire Tablet» planşetləri və sair) da satılacaq.
 
 
Emil Hüseynov




05/11/15    Çap et