Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-dəki Distant Tədris Mərkəzində yeni avadanlıqlar quraşdırılıb


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə birlikdə məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzində 70 min ABŞ dolları dəyərində yeni avadanlıqlar quraşdırıb, nəticədə, 150 istifadəçi yeri yaradılıb. Bu da daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verəcək.
 
Nazirlikdən verilən məlumata görə, Distant Tədris Mərkəzində quraşdırılan yeni avadanlıqlara baxış olub.
 
Tədbir zamanı Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, MR-in əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, “Huawei” şirkətinin nümayəndəsi Zhou Jibo çıxışlar ediblər.
 
Qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi muxtar respublikanın Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq ötən il istifadəyə verilib.
 
CAHANGİR
 
 
 
 




05/11/15    Çap et