Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər daha çox hansı brauzerə üstünlük verir?


"Net Applications" şirkətinin məlumatına görə, oktyabrda internetə "Google Chrome" brauzeri ilə daxil olan fərdi kompüter istifadəçilərinin payı 1,3 faiz artaraq son yeddi ildə 31,1 faizlik maksimum səviyyəyə çatıb.
 
Bununla yanaşı, "Internet Explorer" brauzerinin bütün versiyalarının istifadəçilərinin payı 0,7 faiz - 50,9 faizədək azalıb ki, bu da son on ildə ən aşağı göstərici hesab edilir. "Firefox" brauzeri də istifadəçi itkisi ilə üzləşir. Onun payı 0,2 faiz - 11,3 faizədək azalıb. Ötən dəfə brauzer bu səviyyədə 2005-ci ilin yayında olub.  
 
Bildirilir ki, "Internet Explorer" brauzerinin populyarlığının azalması onunla əlaqədardır ki, "Microsoft" korporasiyası 12 yanvar 2016-cı ildən köhnə versiyaların dəstəklənməsini dayandırmağı planlaşdırır. "IE9" versiyası yalnız "Windows Vista" və "Windows Server 2008", "IE10" "Windows Server 2012" sistemlərində dəstəklənəcək, - "Computerworld" yazır.




06/11/15    Çap et