Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya «Yeddilər qrupu» və Olimpiadanın keçirilməsi zamanı kibertəhlükəsizliyi təmin edəcək


Yaponiya 2016-cı ildə "Yeddilər qrupunun" sammiti və 2020-ci ildə Olimpiadanın uğurla keçirilməsi məqsədilə kibertəhlükəsizliyin təmini üçün bütün səylərini səfərbər edəcək. Bu haqda şənbə günü Okinavada öz işinə başlamış beynəlxalq kibertəhlükəsizlik konfransında nümayiş etdirilmiş Yaponiyanın baş naziri Sindzo Abenin video müraciətdə deyilib.
 
 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, "kiberməkanda təhlükəsizliyin təmini informasiya texnologiyalarının inkişafı, inkişaf strategiyasının artımı, dövlət təhlükəsizliyi üçün son dərəcə zəruridir" - «NHK» televiziya kanalı video müraciətdən sitat gətirib.
 
 
"2016-cı ildə ölkəmiz İse-Simada "Yeddilər qrupunun" sammitini qəbul edəcək, 2020-ci ildə isə Olimpiada və Paralimpiya oyunları keçiriləcəki. Biz bunları uğurlu təşkil etmək məqsədi ilə kibertəhlükəsizliyin təmini üçün bütün səylərimizi səfərbər edəcəyik." - baş nazir deyib.
 
 
 
Emil Hüseynov




07/11/15    Çap et