Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin Yer səthinin müşahidəsi üçün yeni peyk buraxıb


Çinin “Taiyuan” kosmodromundan orbitə Yer səthinin zondlaşdırılması üçün nəzərdə tutulan “Yaogan-28” peykinin uğurlu buraxılışı həyata keçirilib.
 
Peykdən elmi eksperimentlərin aparılması, təbii resursların tədqiqi, əkinçilik sahələrinin müşahidəsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması və onlardan dəyən zərərin azaldılması üçün istifadəsi nəzərdə tutulur.
 
Aparat yerli vaxtla saat 15:06-da “Chancheng-4B” raketdaşıyıcısı ilə start götürüb. Bu, “Chancheng” seriyasından say etibarilə 217-ci buraxılış olub. “Yaogan” seriyasından olan peyklər orbitə 2006-cı ildən çıxarılır. Əvvəlki belə aparat - “Yaogan-27” bu ilin avqustunda kosmosa göndərilib, - “TASSyazır.   
 




10/11/15    Çap et