Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Facebook» yazışmanın avtomatik silinməsi funksiyasını sınaqdan keçirir


Fransada «Facebook» istifadəçiləri yazışmanın avtomatik silinməsi funksiyasını sınaqdan keçirirlər.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, sosial şəbəkədə hesab sahibi bu seçimdən istifadə edərək 1 saat sonra avtomatik silinəcək mesajı seçə bilər. Tərtibatçıların sözlərinə görə, sınaqlar uğurlu olduğu halda sözügedən funksiya «Facebook»un bütün istifadəçiləri üçün əlçatan olacaq. Yazışmanın avtomatik silinməsi funksiyası «Snapchat»ın mobil proqramının funksionalını xatırladır.
 
 
2013-cü ildə «Facebook» şirkəti «Snapchat»ı satın almağa çalışsa da, amma bu mümkün olmayıb.
 
 
Emil Hüseynov




14/11/15    Çap et