Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Facebook» istifadəçilərə Fransa vətəndaşlarını dəstəkləməyi təklif edib


«Facebook» sosial şəbəkəsi proqramın köməyi ilə öz istifadəçilərinə avatarda Fransanın bayraq rənglərindən ibarət filterin tətbiqini təklif edib. Bu halda dünyada ən böyük sosial şəbəkənin istifadəçiləri terror aktının qurbanı olmuş Fransa vətəndaşlarını dəstəkləyə bilər.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, profil şəklinin redaktəsi zamanı filterin qüvvədə olacağı müddəti seçmək mümkündür.
 
 
Rəsmi məlumatlara görə, terror aktları nəticəsində Parisdə 128 nəfər ölüb.
 
 
Emil Hüseynov




16/11/15    Çap et