Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Microsoft» insanın emosiyalarını tanıyan proqram təqdim edib


«Microsoft» şirkətinin yeni «Emotion API» proqramı insanın üz ifadəsinə görə onun emosiyalarını müəyyənləşdirə bilir.
 
«ICTnews.az» saytı «belta.by» saytına istinadən yazır ki, proqram insanın emosional vəziyyətini (qəzəb, nifrət, qorxu, sevinc, sakit, qəm və təəccüb) müəyyən edir. Şəkildəki informasiyanı təhlil edən proqram dərhal bir neçə emosiyanı tanıya bilir.
 
Proqramın demo versiyası internetdə əlçatandır. Yüklənən şəklin həcmi 4 Mb-dan çox olmamalıdır. Tərtibatçılar bildirib ki, proqram hələ ki sınaq rejimində işləyir və məlumatlar həmişə dəqiq olmaya bilər.
 
Emil Hüseynov




16/11/15    Çap et