Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN əmək yarmarkasında iştirak edəcək


Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ənənəvi “Məzun-2015” əmək yarmarkası keçiriləcək. ADİU-nun  mətbuat xidmətinin rəhbəri Rasim Şərifovun verdiyi məlumata görə, yarmarkada 40-dan çox dövlət və özəl qurum, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə “Azerfon”, “Azercell” “Bakcell” MMC-lər, “Ultra” şirkətləri vakansiyalar təklif edəcəklər.
 
 
  Yarmarkada universitetin 3, 4-cü kurs və magistratura pilləsinin tələbələri və məzunlar iştirak edə bilərlər.
 
Qeyd edək ki, əmək yarmarkası 11:00-dan 13:00-dək davam edəcək.
 
RƏVAN




16/11/15    Çap et