Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Günlük” paketinə qoşulan “Nar” abunəçiləri artıq daha çox – 30 MB internet trafiki əldə edirlər


“Nar” abunəçilərinin sərfəli internet istifadəsini təmin edən və dəyəri cəmi 0.10 AZN təşkil edən “Günlük” paketinin həcmi artırılaraq 20 MB əvəzinə 30 MB oldu. Xidməti 777 qısa nömrəsinə “gunluk” açar sözünü göndərməklə, *777#12#Yes şifrəsini yığmaqla, eləcə də “Şəxsi kabinet” və ya “eNəzarət” vasitəsilə aktivləşdirmək mümkündür.
 
 
“Günlük” paketi əvvəllər mobil internetdən istifadə etməmiş abunəçilər üçün mükəmməl başlanğıcdır.
 
 
Daim öz şəbəkəsinin mükəmməlləşdirilməsi üzərində çalışan “Nar”, davamlı təkmilləşmə və müştəri yönümlülük dəyərlərini əldə rəhbər tutaraq, öz istifadəçilərinə sərfəli internet paketləri təklif etməyə davam edir. “Nar” müxtəlif müştəri kateqoriyaları üçün ən əlverişli təkliflər irəli sürməsi, şəffaf hesablama sistemini təmin etməsi və balansa nəzarət mexanizmini asanlaşdırması ilə fərqlənir.
 
 




18/11/15    Çap et