Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçilərinin sayı 5 il ərzində ikiqat artıb


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında mobil əlaqə və internetin inkişafı ilə bağlı maraqlı statistik informasiya dərc edilib.

Təşkilat mütəxəssisləri iddia edirlər ki, internet istifadəçilərinin sayı son 5 ildə ikiqat artıb və hal-hazırda onların sayı 2 milyarda çatıb.

2010-cu ilin sonuna olan vəziyyətə görə, dünya əhalisinin təxminən 30%-i internetdən istifadə edib. Məlumat üçün qeyd edək ki, bu göstərici 2003-cü ildə 12%, 2000-ci ildə isə 6% təşkil edib.




16/09/11    Çap et