Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektronika, telekommunikasiya, radiotexnika və İT-nin müasir problemləri müzakirə olunacaq


Texnika Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçiriləcək.
 
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumat görə, noyabrın 20-də saat 14:00-da Milli Aviasiya Akademiyasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurası “Elektronika, telekommunikasiya, radiotexnika və informasiya texnologiyalarının müasir problemləri” üzrə elmi-texniki seminar keçirəcək.
 
Seminarda müzakirə olunan mövzu üzrə tədqiqat aparan alim və mütəxəssislər iştirak edə bilərlər.
 
CAHANGİR




19/11/15    Çap et