Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile” abunəçiləri telefon haqlarını paytaxtın poçt şöbələrində ödəyə bilərlər


Artıq “Nar Mobile” abunəçilərinin də xidmət haqları poçt şöbələrində qəbul edilir. Bu barədə “Azərpoçt” MMC-dən məlumat verilib. Hələlik Bakı şəhər poçt şöbələrində həyata keçirilən əməliyyatlar “Komtec” MMC-nin proqramı üzərindən aparılır.

“Azərpoçt” MMC ilə “Azərfon” MMC arasında proqram təminatında problem yarandığından bu əməliyyat birbaşa həyata keçirilə bilməyib. Ancaq bu istiqamətdə tədbirlər görülür.

Qeyd edək ki, hazırda “Azərcell” və “Bakcell” şirkətlərinin abunəçiləri xidmət haqlarını respublika üzrə bütün poçt şöbələrində ödəyə bilərlər.




16/09/11    Çap et