Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Microsoft» görmə qabiliyyəti məhdud olan şəxslər üçün naviqator təqdim edib


«Microsoft» şirkəti gözdən əlil insanlar üçün «Cities Unlocked» adlı yeni naviqatorunu nümayiş etdirib.
 
«ICTnews » elektron xəbər xidməti «russian.rt.com» saytına istinadən yazır ki, sözügedən qurğu Britaniyanın «Guide Dogs» xeyriyyə təşkilatı və «Future Cities Catapult» şəhər innovasiyalar mərkəzi ilə birgə işlənib hazırlanıb.
 
 
Naviqasiya qurğusu hiqrometr, akselerometr və kompasla təchiz edilmiş qulaqcıq formasındadır. Sistem mobil proqramın köməyi ilə təyin edilmiş marşrut üzrə xəritədəki obyektləri və məsafəni istifadəçiyə səsləndirəcək.
 
 
Emil Hüseynov




30/11/15    Çap et